Rusiya Federasiyası Stavropol diyarında Azərbaycandan gələn mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib.
"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə diyarın Səhiyyə Nazirliyindən bildirilib.
"İki nəfər evə buraxılıb, komada olan 30 yaşlı xəstə isə keçinib. Daha birinin həyatı üçün həkimlər hələ də çarpışırlar, vəziyyəti çox ağırdır”, – nazirlikdən deyiblər.
Xatırladaq ki, bu il martın 6-da səhər saatlarında Stavropol diyarı ərazisində Azərbaycandan Moskvaya sərnişin daşıyan mikroavtobus qarşı zolağa çıxan "ZiL”lə toqquşub. Qəzada 6 azərbaycanlı ölmüş, 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.