Rusiyada qətl törətməkdə şübhəli bilinən azərbaycanlı tutuldu

Rusiyada qətl törətməkdə şübhəli bilinən azərbaycanlı tutuldu

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin regional bölməsinin yaydığı məlumatda bildirilir ki, saxlanılan Xancanov Balaş Allahşükür oğlu hazırda dindirilir.
 
Hadisə aprelin 26-sı axşam saatlarında baş verib. Çerniqovsk küçəsində 31 yaşlı Azərbaycan vətəndaşı odlu silahla qətlə yetirilib.
 
Onun xırda ticarətlə məşğul olduğu və kirayədə yaşadığı bildirilir.
 
Hüquq-mühafizə orqanları hadisədə şübhəli bilinən Balaş Xancanov barəsində axtarış elan etmişdi.
 
Aktual.az 
Xəbər 879 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR