Rusiyada Polşa səfirinə hücum edildi

Rusiyada Polşa səfirinə hücum edildi
  • DÜNYA

Rusiyanın Sankt-Peterburq şəhərində Polşanın səfiri Kşiştof Krayevskiyə hücum edilib.
Aktual.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Hadisə səfirin Polşanın Müstəqillik Günü münasibətilə yerli polyaklarla görüşmək üçün Sankt-Peterburqa gəldiyi zaman baş verib.
Orada piket olub. Təəssüf ki, piketçilər qarşıdurmanı fiziki müstəviyə keçirməyə qərarlı olublar. Səfirin mühafizəsi işə qarışmağa məcbur olub və heç kim xəsarət almayıb. Mühafizə olmasaydı, vəziyyət tam fərqli olardı”, - məlumatda bildirilib.
Qeyd edək ki, hadisə Polşa-Rusiya münasibətlərinin gərginləşməsi fonunda baş verib. Polşa Qdansk şəhərində fəaliyyət göstərən sonuncu Rusiya Baş Konsulluğunu da bağlayacağını açıqlamışdı.
Xəbər 63 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR