Rusiya Müftilər Şurası müsəlman peyk kanalının yaradılması üzərində işləyir.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Şura sədrinin birinci müavini Ruşan Abbasov jurnalistlərə deyib ki, telekanalının sınaq buraxılışı gələn il nəzərdə tutulur.
O qeyd edib ki, telekanalda Rusiyada yaşayan müsəlman xalqlarının mədəniyyəti, adət-ənənəsindən bəhs olunacaq.
R.Abbasovun sözlərinə görə, hazırda layihə razılaşdırma mərhələsindədir, danışıqlar gedir.
Telekanalın gələcəkdə ingilis və ərəb dillərində yayımlanacağı istisna olunmur.
Xəbər 714 dəfə oxunub.