Rostov vilayətində matəm elan olunacaq.
Aktual.az aznews.az-a istinadən bildirir ki, Boeing 737 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən 62 nəfərə görə matəm elan olunacaq.
Rostov vilayətinin qubernatoru Vasili Qolubev bildirib ki, matəm bazar günündən başlayacaq və böyük ehtimalla 2 gün davam edəcək.