Rusiyada öldürülən İŞİD-çilərin sayı 14-ə çatıb

Rusiyada öldürülən İŞİD-çilərin sayı 14-ə çatıb
  • DÜNYA

Rusiya hüquq-mühafizə orqanlarının Kabarda-Balkar Respublikasının Nalçik şəhəri yaxınlığında keçirdiyi xüsusi əməliyyat nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, öldürülənlər "İslam Dövləti" (İŞİD) terror təşkilatının üzvləridir.

Yerli hüquq-mühafizə orqanları məhv edilən terrorçuların İŞİD nəzdində yaradılmış ""Mərkəz qrupu"-nun üzvləri olduğunu açıqlayıb. Onların arasında qrupun lideri Yuriy Bitsuyevin olduğu da bildirilir.

Qeyd edə ki, noyabrın 22-də səhər saatlarında Nalçik şəhəri yaxınlığında meşə massivində silahlı şəxslər aşkar olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları atışma zamanı 11 İŞİD-çini məhv ediblər.

Axşam saatlarında təhlükəsizlik qüvvələri şübhəli avtomobili saxlamaq istəyib. Avtomobildəki 3 nəfər onlara atəş açıb. Cavab atəşi ilə onların hər üçü öldürülüb.

Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR