Rusiyada kütləvi zəhərlənmə işi ilə bağlı iki azərbaycanlı ev həbsinə alınıb

Rusiyada kütləvi zəhərlənmə işi ilə bağlı iki azərbaycanlı ev həbsinə alınıb
  • DÜNYA

Bu gün İrkutsk şəhəri Leninski rayon məhkəməsində spirt tərkibli mayedən ("Boyarışnik”) kütləvi zəhərlənmə ilə bağlı iş üzrə iclas keçirilir.

Aktual.az  Report-a istinadən xəbər verir ki, prosesin iki iştirakçısı – Azərbaycan vətəndaşları ev həbsinə buraxılıb.

Ümumilikdə məhkəmə doqquz şübhəli şəxs barəsində qərar qəbul etmək niyyətindədir.

Xatırladaq ki, Azərbaycandan olan bir neçə şəxs İrkutskda 70-dən artıq insanın ölümünə səbəb olan spirt tərkibli mayedən ("Boyarışnik”) kütləvi zəhərlənmə işi ilə bağlı saxlanılıb. Saxlanılanlar arasında spirt tərkibli maye satan köşklərin sahibləri, satıcılar – əsasən uşaqlı qadınlar, əvvəllər məhkum olunmayan şəxslər, hətta sürücülər də var. 
 

Aktual.az

Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR