Rusiyada kazarma dağılıb, 29 nəfər dağıntılar altında qalıb

Rusiyada kazarma dağılıb, 29 nəfər dağıntılar altında qalıb

Rusiyanın Omsk şəhərinin yaxınlığında yerləşən Müdafiə Nazirliyinin hərbi tədris mərkəzinin kazarmasının bir hissəsi dağılıb.

Aktual.az-ın Publika.az-a istinadən xəbər verir ki, dağıntıların altından 15 nəfər çıxarılıb.

Onlardan biri dünyasını dəyişib. Müdafiə Nazirliyinin məlumatına görə, 29 nəfərin taleyi haqqında hələ məlumat yoxdur.

Hadisə zamanı şəxsi heyət kazarmada dincəlirdi. Binanın dağılmasının səbəbləri hələlik məlum deyil.

Omsk vilayətinin texniki nəzarət xidmətindəki mənbə hadisənin qaz partlaması üzündən baş verdiyi barədə səsləndirilən iddiaları təkzib edib. O, binanın qazlaşdırılmadığını deyib.

Xəbər 530 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR