Rusiyada hicablı məktəbli dərsə buraxılmadı - VİDEO

Rusiyada hicablı məktəbli dərsə buraxılmadı - VİDEO

Tümendəki 88 saylı məktəbin direktoru hicablı şagirdi dərsə buraxmaqdan imtina edib.
Hadisə sentyabrın 2-də baş verib.

Məktəbli qızın anası tərəfindən çəkilmiş video mətbuatda yayılıb.
Şagird yalnız valideyni ilə məktəb rəhbərliyi arasındakı münaqişədən sonra dərsə buraxılıb.

Təhsil müəssisəsinin rəhbəri qızın anasından məktəbi tərk etməyi tələb edib və polisə zəng etməklə hədələyib.

Uşağın atası dərsdən sonra hadisəni məktəb rəhbərliyi ilə müzakirə etməyə çalışdığını, lakin heç kimin onunla danışmadığını, hamının məşğul olduğunu deyib.
Kazanlı hüquqşünas Ruslan Nağıyev hadisəni şərh edərək qeyd edib ki, direktorun bu cür davranışı "dini və milli mənsubiyyətindən asılı olmayaraq, istisnasız olaraq təhsil almaq hüququnu təmin edən” Konstitusiya haqqını və dini etiqad azadlığı hüququnu pozur.
[media=http:// ]


Xəbər 505 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR