Rusiyanın Omsk şəhərində hərbi kazarmanın uçması nəticəsində 31 nəfər dağıntıdan çıxarılıb.
Onlardan 12-si ölüb, 19 nəfər xəstəxanadadır.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın Müdafiə Nazirliyi bildirib.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin " Səhlənkarlıq " maddəsinin üç hissəsi üzrə cinayət işi başlanıb. Hadisə yerində müstəntiqlər, həmçinin Baş Hərbi Prokurorluğunun əməkdaşları işləyir.