Türkiyə və Rusiya arasındakı gərginlik davam edir.
Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar artıq özünü daxili bazarda büruzə verməyə başlayıb.
Federal statistika xidmətinin verdiyi məlumata görə, 2015-ci ilin noyabr ayında ərzaq bazarında qeydə alınan bahalaşma 16,3% təşkil edib.
Ekspertlər bahalaşmanın davam edəcəyini və 2016-cı ilin əvvəllərində ən yüksək həddinə çatacağını proqnozlaşdırırlar.