Rusiyada pauerlifting üzrə dünya çempionu Andrey Draçyovu döyərək öldürən azərbaycanlı beynəlxalq axtarışa verilib.
Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Anar Allahverənov barəsində qiyabi həbs qərarı verilib.
Avqustun 22-də federal axtarışa verilən Xabarovsk diyar sakini A.Allahverənovu hələlik yaxalamaq mümkün olmayıb.
Xatırladaq ki, avqustun 20-də qarışıq döyüş növləri ilə (MMA) məşğul olan Anar Allahverənov və pauerlifting üzrə dünya çempionu Andrey Draçyov arasında Xabarovskun "Qalereya" kafesində baş verən mübahisə dava ilə nəticələnib. Ağır kəllə-beyin travması alan A.Draçyov xəstəxanada keçinib, A.Allahverənov isə hadisə yerindən qaçıb.
Aktual.az
Xəbər 496 dəfə oxunub.