Rusiya Federasiyası Kabarda-Balkar Respublikası parlamentinin deputatı Xadis Bottayev bu gün səhər qətlə yetirilib.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, hüquq-mühafizə orqanlarından olan mənbə onun evində güllələndiyini bildirib. Hadisənin təfərrüatları hələlik məlum deyil.
Xatırladaq ki, deputat Respublika klinik xəstəxanasının baş həkimidir.