Rusiyada dəhşətli yol qəzası baş verib.
Aktual.az-ın Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, hadisə Krasnoyarsk vilayətində qeydə alınıb.
Bu gün gecə saatlarında M-53 "Baykal" magistralında sərnişin avtobusu ilə yük maşını toqquşub. "Şarıpovo-Kranoyarsk" marşrutu üzrə hərəkət edən avtobusda 50 nəfər olub.
Qəza nəticəsində 11 nəfər ölüb. Yaralıların sayı isə 28 nəfərdir. Rusiya Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin nümayəndəsi Vladimir Yurçenkonun verdiyi məlumata görə, yaralılar bölgədəki xəstəxanayara yerləşdiriliblər.
Hələlik ölən və yaralananların adlarına və qəzanın səbələrinə aydınlıq gətirilməyib.
Lakin hadisənin gecə saat 05 radələrində baş verdiyini nəzərə alsaq sürücünün sükan arxasında mürgüləyərək idarəetməni itirməsini istisna etmək olmaz.
Hadisə yerinə təcili yardım helikopteri də göndərilib.
Krasnoyarsk qubernatoru da işgüzar səfərini yarımçıq saxlayaraq hadisə yerənə gəlib.