Rusiyada daha bir bank bağlandı

Rusiyada  daha bir bank bağlandı
  • DÜNYA

Rusiya Mərkəzi Bankı "Vneşprombank"ın lisenziyasını ləğv edib.

Aktual.az xəbər verir ki, Report Rusiya Mərkəzi Bankı mətbuat xidmətinin yaydığı məlumata əsasən bildirir ki, lisenziyanın ləğv edilməsi barədə qərar sözügedən bankın ölkənin federal qanunlarına və normativ aktlarına əməl etməməsi , kapitalın adekvatlıq əmsalının 2%-dən az olması, cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılması tələblərinə riayət etməməsinə görə alınıb.

Mərkəzi Bank əməkdaşları tərəfindən aparılan "Vneşprombank"ın maliyyə nəticələrinin təhlili göstərib ki, bankın öhdəlikləri onun aktivlərini 187,4 mlrd. rubl (2,23 mlrd. dollar) üstələyib. Bundan başqa, Bank rəhbərliyi tərəfindən uzun illər aktivlərin ölkədən çıxarılması əməliyyatları aparılıb.

Mərkəzi Bank hazırda hüquq-mühafizə orqanlarına bankda aparılan qeyri-qanuni əməliyyatlarda təqsirli bilinənlər barədə məlumatların ötürülməsi prosesinə başlayıb.

Qeyd edək ki, "Vneşprombank" əmanətlərin sığortalanması sisteminin üzvüdür və aktivlərin həcminə görə 2016-cı il yanvarı 1-nə Rusiyanın 40-cı bankıdır.

Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR