Rusiyada bir qrup İŞİD üzvü həbs edildi
Rusiyanın şəhərlərində terror aktı törətmək istəyən qrup yaxalanıb.
Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Ekaterinburqda yeddi İŞİD üzvünü həbs edib.
Məlumatda bildirilir ki, tutulanların hamısı Rusiya vətəndaşlarıdır və onlar Moskva, Sankt-Peterburq və Ekaterinburqda terror aktları həyata keçirməyi planlaşdırırlarmış.
Hazırda tutulanların dindirilməsi davam edir.