Rusiyada bir ildə bank hesablarından oğurlanan pullar açıqlandı

Rusiyada bir ildə bank hesablarından oğurlanan pullar açıqlandı
  • DÜNYA

Bu il Rusiyada hakerlər bank hesablarından 348,6 milyon rubl (5 milyon 542 min 740 dollar) oğurlayıblar.

Aktual.az  xəbər verir ki, İKT.lent.az-ın "vistanews.ru” saytına istinadən məlumatına görə, bu barədə informasiya təhlükəsizliyi ilə məşğul olan "Group-İB” şirkətinin hesabatında deyilir.

Bu rəqəmi 2014-cü illə müqayisə etsək, qarət olunan vəsaitin həcmi 471% artıb. Hakerlər gündəlik olaraq 350 "Android” istifadəçilərinin cihazlarına hücumlar təşkil edirlər.

"Troyan” proqramlar cihazlara virusa yoluxmuş saytlar, saxta mobil əlavələr vasitəsilə asanlıqla keçirlər. Sındırılmış sayta daxil olduqdan sonra virus görünmədən virusa yoluxmuş əlavəni yükləyir. Bundan sonra çox güman ki, smartfon sahibinin pulları qarətçinin hesabına köçürülür.

Şirkətdə hesab edirlər ki, gələcəkdə hakerlər üç dəfə çox zərərverici əlavələr yaymağa başlayacaqlar. Virus hücumundan yayınmaq üçün istifadəçi öz cihazında təhlükəsizlik tədbirlərini gücləndirməlidir.

Xəbər 667 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR