Tomsk vilayətinin polisi bir neçə tələbəni qarət edən şəxsi saxlayıb.
Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə mənzildə baş verib.
Tomsk vilayətinin polis bölməsinə mənzillərdən birinə maskalı şəxsin daxil olaraq pul və maddi əşyaların oğurlaması barədə məlumat daxil olub.
Tez bir zamanda şübhəli şəxs saxlanılıb. Bu, on ildən artıq Rusiyada yaşayan əslən Azərbaycandan olan 35 yaşlı kişi olub.
"İstintaqın məlumatına görə, saxlanılan şəxs tanışından Tomsk şəhərində Leninsk rayonunda qonşu mənzildə imtahanlarını vermək üçün gələn gənclərin yaşadığını öyrənib.
Bıçağa oxşayan əşya ilə silahlanaraq mənzilə soxulub. Onları qorxudaraq noutbuk, dörd mobil telefon, 200 dolları götürüb və hadisə yerindən qaçıb. Ziyanın ümumi məbləği 56 min rubl olub", - polisdən bildiriblər.
Polis "qarət" maddəsi ilə cinayət işi qaldırıb. O, 12 il müddətinə azadlıqdan məhrum ola bilər. Kişini göz altına alıblar.