Rusiyada azərbaycanlı qanunsuz valyuta dəyişdirərkən yaxalanıb

Rusiyada azərbaycanlı qanunsuz valyuta dəyişdirərkən yaxalanıb
  • DÜNYA

Rusiyanın hüquq-mühafizə orqanlarına Kirov şəhərinin mərkəzində fiziki şəxsin qanunsuz valyuta mübadiləsi əməliyyatları həyata keçirməsi barədə informasiya daxil olub. 

Aktual.az Oxu.Az-a istinadən  xəbər verir ki, bu barədə Rusiyanın Kirov vilayəti üzrə Federal Vergi Xidməti (FVX) İdarəsinin mətbuat xidmətinə istinadən Bnkirov məlumat yayıb. 

FVX İdarəsinin əməkdaşları polislərlə birgə operativ yoxlama keçiriblər. Kirov sakininin Azərbaycan vətəndaşına xarici vayuta verdiyi faktı təsdiq edilib. 

İnzibati xəta barədə protokol tərtib etmək qərara alınıb. Valyuta qanunvericiliyini pozulmasına görə vətəndaşlar, vəzifəli və hüquqi şəxslər üçün qanunsuz sövdələşmənin həcminin dörddə birindən və bir mislinə qədər cərimə nəzərdə tutulur.
 
Aktual.az
Xəbər 344 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR