Rusiyada azərbaycanlı qadın doğuş zamanı öldü

Rusiyada azərbaycanlı qadın doğuş zamanı öldü
  • DÜNYA

Rusiyanın Blaqoveşensk şəhərindəki doğum evində 23 yaşlı azərbaycanlı qadın doğuş zamanı ölüb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 2-də axşam saatlarında baş verib.
 
Həkimlərin bildirdiyinə görə, Azərbaycandan gəlmiş qadını xilas etmək üçün səylər göstərilsə də, onlar nəticə verməyib. Körpə isə xilas edilib.
 
Qadının qohumları isə həkimlərin xəstəyə səhlənkar yanaşdıqlarını və hətta ölüm barədə yalnız səhəri gün məlumat verdiklərini deyiblər. Amur vilayəti İstintaq Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq cinayət işinin başlanıb-başlanmayacağı barədə qərar veriləcək.
 
Aktual.az 
Xəbər 446 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR