Rusiyada azərbaycanlı miqrantlarla bağlı heç bir problem yoxdur - Nazir müavini

Rusiyada azərbaycanlı miqrantlarla bağlı heç bir problem yoxdur  - Nazir müavini

“Bu gün ümumilikdə Azərbaycan Respublikası, o cümlədən miqrasiya məsələlərinə nəzarət edən bölmələr işləmək və istirahət etmək məqsədilə Rusiyaya gələn Azərbaycan vətəndaşları ilə münasibətlərdə heç bir problem görmürük”.

Aktual.az  Report-a istinadən xəbər verir ki, bunu Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrinin miqrasiya orqanlarının rəhbərləri Şurasının 19-cu iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“MDB-nin yaradılmasından keçən 20 ildən artıq müddətdə ölkələr arasında mədəni, dost, ailəvi anlaşma formalaşıb”, - deyə A.Qorovoy bildirib.

O, iki ölkənin miqrasiya xidmətlərinin qarşılıqlı əlaqə səviyyəsindən məmnunluğunu ifadə edib.

Xəbər 449 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR