Rusiyada azərbaycanlı iş adamının meyiti tapıldı

Rusiyada azərbaycanlı iş adamının meyiti tapıldı

Rusiyanın Murmansk vilayətinin Monçeqorsk şəhərində azərbaycanlı gənc sahibkarın meyiti tapılıb.

Aktual.az  report-a istinadən xəbər verir ki, əslən Azərbaycanın Astara rayonundan olan Ruslan Əhədulla oğlu Abdullayevin meyiti qeyri-rəsmi nikahda olduğu qadınla birgə yaşadığı evdə aşkarlanıb.

Həmin gün qadın evdə olmayıb.

İlkin müayinə zamanı meyitin üzərində zorakılıq əlaməti və yaxud iz aşkarlanmayıb.
R.Abdullayev kompüter texnologiyasını əhatə edən kiçik bizneslə məşğul olub.
O, əslən astaralı olsa da, 1988-ci ildə Murmanskda doğulub.
 
Aktual.az 
Xəbər 574 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR