Rusiyada azərbaycanlı həmyerlisini qarət etdi

Rusiyada azərbaycanlı həmyerlisini qarət etdi

Azərbaycanlı iş adamına bir neçə bıçaq zərəbələri endirilib.

Rusiyanın Domodedovo rayonunda quldurluqda şübhəli bilinən mütəşəkkil qrupun üzvü saxlanılıb.

Cinayətkarlar 2015-ci ilin sentyabr ayında Domodedovo rayonunda Azərbaycan vətəndaşı olan yerli iş adamına hücum çəkərək ona bir neçə bıçaq zərbələri endiriblər, travmatik tapançadan ayağından vurublar və üstündə olan 250 min rubl məbləğində pulu götürüb hadisə yerindən uzaqlaşıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupun bir üzvü - 34 yaşlı Azərbaycan vətəndaşı - Moskvada saxlanınlıb.

Hal-hazırda qrupun digər üzvlərinin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.\oxuaz

Aktual.az

Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR