Rusiyada azərbaycanlı biznesmen qətlə yetirilib.
AzVision.az “LifeNews”a istinadən xəbər verir ki, hadisə bu gecə Moskva şəhərində baş verib.
Belə ki, 46 yaşlı Canpolad Şamil oğlu evinə gedərkən binanın girişində güllələnib. Hazırda hadisənin təfərrüatı araşdırılır. İlkin ehtimala görə, qətlin killer tərəfindən törədildiyi ehtimal edilir.
Qeyd edək ki, qətlə yetirilən azərbaycanlı biznesmenin tikinti biznesi ilə, o cümlədən meyvə- tərəvəzin satışı ilə məşğul olurmuş .
//Aktual.az