Nəcəfov günahını etiraf edib.
“İslam dövləti” (İŞİD) terror qruplaşmasının iştirakçısı Murad Nəcəfov Başqırdıstanda 5,5 il həbs cəzası alıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə FTX region üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda Moskva dairə hərbi məhkəməsinin məhkəmə kollegiyası tərəfindən əslən azərbaycanlı olan Rusiya vətəndaşı, 1993-cü il təvəllüdlü Murad Nəcəfov İŞİD beynəlxalq terror təşkilatının tərkibində “Suriya ərazisində” fəaliyyət göstərməkdə günahkar bilinib və 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli koloniyada çəkəcək. Hökm məhkəmənin Ufada baş tutan səyyar iclasda oxunub.
Cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, Orenburq vilayətinin ərazisində yaşayan Nəcəfov radikal islam ideyalarına meyl edib.
2014-cü ildə Suriyaya gedib, orada könüllü şəkildə İŞİD sıralarında silahlı qarşıdurmalarda iştirak edib.
2015-ci ilin mayında Nəcəfov şəxsi vəziyyətə görə Türkiyəyə gedib, orada miqrasiya qanunvericiliyini pozduğu üçün saxlanılıb və Rusiyaya geri qaytarılıb.
Başqırdıstanın FTX və DİN əməkdaşları 2015-ci ilin avqustunda Nəcəfovu Ufada aeroportda saxlayıblar.
Nəcəfov günahını etiraf edib, ona qarşı irəli sürülən ittihamlarla razılaşıb və etdiyi əməldən peşman olduğunu bildirib. Məhkəmənin hökmü qanuni qüvvəyə minib.