Rusiyanın Perm vilayətində federal axtarışda olan azərbaycanlı saxlanılıb.
APA-nın Rusiya Daxili İşlər Nazirliyinin Perm vilayəti üzrə idarəsinin saytına istinadən verdiyi məlumata görə, Perm-Yekaterinburq avtomagistralında nəqliyyat müfəttişləri sənədləri yoxlamaq üçün "VAZ" markalı avtomobili saxlayıblar. Avtomobilin sürücüsü, 36 yaşlı azərbaycanlının sənədlərinə baxarkən onların saxta olduğu ortaya çıxıb. Polis bölməsinə aparılan şəxsin Çelyabinsk vilayətində federal axtarışda olduğu məlum olub. Həmin şəxs Çelyabinsk polisinə təhvil verilib.