Yazda çayın səviyyəsinin artması nəticəsində Rusiyanın 72 yaşayış məntəqəsi su altında qalıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təxminən 3 500 sakinin yaşadığı 886 fərdi yaşayış evi, 1 900 həyətyanı sahə, 64 aztutumlu körpü və 4 avtomobil yolu su altında qalıb.
Xəbərdə bildirilib ki, ölkənin Omsk, Tomsk, Tümen, Kurqan və Voloqodo vilayətlərində vəziyyət daha ağırdır.