20 yaşlı azərbaycanlı qız Rusiyanın Sankt-Peterburq şəhərində naməlum şəxslər təəfindən oğurlanıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə polisə qızın anası məlumat verib.
Onun sözlərinə görə, tanımadıqları şəxslər dekabrın 11-də evə daxil olaraq qızını zorla qaçırıblar.
Cinayətkarlardan biri qızı qaçırdıqdan sonra anasına zəng edib. 45 yaşlı qadıının bildirdiyinə görə, qızını qaçıran şəxslərdən biri azərbaycanlıdır.
Qaçırılan qız anası və nənəsi ilə birgə yaşayırmış. Onun atası dünyasını dəyişib.
Aktual.az Xəbər 443 dəfə oxunub.