Rusiya yük daşıyıcılarının rüsumunu artırdı – 2 dəfə

Rusiya yük daşıyıcılarının rüsumunu artırdı   – 2 dəfə

Rusiya yollarından istifadə edən əcnəbi yük daşıyıcıları üçün rüsum 2 dəfə artırılıb. 

Aktual.az AzNews.az-a istinadən  verir ki, bu barədə Rusiya Federasiyasının Nazirlər Kabinetinin saytında məlumat yerləşdirilib. Məlumata əsasən, əcnəbi yük daşıyıcılarından alınan illik rüsum 60 min rubldan (təxminən 1400 AZN) 120 min rubla (təxminən 2800 AZN) kimi artırılıb. Gün ərzində alınan rüsum isə 385 rubldan (təxminən 9 AZN) 850 rubla (təxminən 20 AZN) qədər yüksəlib. Bu rüsumlar 3,5-12 ton yükdaşıma qabiliyyətinə malik nəqliyyat vasitələrinə tətbiq edilir. 

Nazirlər Kabineti rüsum ödəməli olan dövlətlərin siyahısını da genişləndirib. Məlumata əsasən, artıq siyahıya Latviya və Litva da daxil edilib. Sənədə əlavə olunmuş izahlı qeyddə bildirilir ki, bu, Baltikyanı ölkələrin hərəkətlərinə cavab tədbiridir. 

Hökumət yeni qanunların Federal nəqliyyat fonduna gəlirləri artıcağını qeyd edib.

Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR