“Bu raketlər ölkənin şimal sərhədlərində yerləşdiriləcək”.
Rusiya hazırda yeni nəsil raketlər üzərində işi sona çatdırır. Bu raketlər NATO silahları, əsasən də RƏM sistemləri üçün ələkeçməz olacaq.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti-yə Müdafiə və təhlükəsizlik üzrə Federasiya Şurası komitəsinin sədr müavini Yevgeni Serebrennikov bildirib.
Senatorun sözlərinə görə, məhz bu raketlər İsveçin NATO-ya daxil olması halında Rusiyanın şimal sərhədlərində yerləşdiriləcək. Bundan başqa Serebrennikov ordu qrupunun sərhəddə iştirakının artırılacağını da istisna etmədi.
NATO-nun genişləndirilməsi məsələsini İsveçin “Daqens Nyuheter” nəşrinə verdiyi müsahibəsində XİN rəhbəri Sergey Lavrov qaldırıb.
Diplomat qeyd edib ki, İsveç alyansa qoşulmaq qərarına gəlsə, Moskva “hərbi-texniki tədbirlər” ilə cavab verəcək. NATO-da isə Stokholmun üzvlük üçün müraciət etmədiyi bildirilib.