Rusiya XİN: "Tərəflərə yardım göstərməyə davam edəcəyik"

Rusiya XİN:
  • DÜNYA

Rusiya XİN: “...yüksək səviyyədə siyasi dialoqu təqdir edirik”

“Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın 19-da Berndə keçirilən görüşündə irəliləyiş olmayıb. Lakin tərəflər Minsk formatında işi davam etdirməkdə maraqlı olduqlarını təsdiqləyiblər”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla nizamlanması üçün yüksək səviyyədə siyasi dialoqu təqdir edir. “Həmsədrlərin vasitəçilik fəaliyyəti davam etdiriləcək. Rusiya tərəflərə bu istiqamətdə yardım göstərməkdə davam edəcək”, - deyə M. Zaxarova vurğulayıb.

Xəbər 370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR