Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Rusiya iki pilota görə Türkiyə kimi dostunu itirdi” açıqlamasına münasibət bildirib.
Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Zaxarova “Facebook” hesabında yazıb.
“KİV Ərdoğanın sözlərini belə təqdim edir: “Təəssüf ki, Rusiya iki pilota görə Türkiyə kimi dostunu itirdi”. İndi isə sözləri daha doğru şəkildə quraq: “Rusiya Türkiyəyə görə iki pilotunu itirib”.
Xatırladaq ki, R.T.Ərdoğan fevralın 24-də açıqlama verərək bildirib ki, Rusiya da vaxtilə təyyarə vurub:
“Rusiya Türkiyənin “Su-24” döyüş təyyarəsini vurmasından istifadə edir. O, iki pilota görə Türkiyə kimi bir dostunu itirdi. Rus hökumətinin Suriya məsələsində məqsədi var. Bizim üçün isə bu məsələ ölüm-qalım məsələsidir”.