Rusiya XİN: "Qarabağ danışıqları bərpa edilməlidir"

Rusiya XİN:

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün tərəflər danışıqlar prosesini bərpa etməlidir”.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, hazırda təmas xəttində baş verənlər tərəflərin sabit həll yoluna nail olmaq üçün danışıqlar prosesini dərhal bərpa etməsinin vacibliyindən xəbər verir:

“Bizim bir nömrəli vəzifəmiz vəziyyətin sakitlşədirilməsi, yeni təcavüzə yol verməməkdir. Hesab edirik ki, əldə olunmuş razılıq əsasında bölgədə hərbi risklər azaldılmalıdır”.

XİN sözçüsü əlavə edib ki, əsas vəzifə tərəflər arasında danışıqlar prosesinin başlanması üçün mühtin yaradılmasıdır:

“Tərəflər arasında danışıqlar prosesinin başlanması üçün vasitəçilər səylər göstərir. Lakin tərəflərin iradəsi və istəyi olmadan heç bir vasitəçilik xidməti maksimal dərəcədə effektiv ola bilməz”.

Xəbər 503 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR