"Bəşər Əsəd Suriyanın qanuni prezidentidir. Suriyanı BMT-də məhz o təmsil edir. Ona görə də "Bəşər Əsəd terrorçudur” kimi bəyanatların hüquqi nöqteyi-nəzərdən heç bir əsası yoxdur”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəşər Əsədi terrorçu adlandırması ilə bağlı suala cavabında deyib. "Bu cür bəyanatların mənəvi tərəfini bir kənara qoyuram. Belə bəyanatlar hüquqi cəhətdən əsassızdır”, – deyə M. Zaxarova qeyd edib.
Xatırladaq ki, R. T. Ərdoğan Tunisə səfəri zamanı bu ölkənin prezidenti ilə keçirdiyi mətbuat konfransında Bəşər Əsədin Suriyada dövlət terroru həyata keçirdiyini bildirib.
Aktual.az
Xəbər 256 dəfə oxunub.