Ankara Rusiyanın əlaqələrin normallaşması üçün irəli sürdüyü şərtlərə reaksiya vermir.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Bu məsələdə hər hansı irəliləyiş görmürük", - deyə o vurğulayıb.
M.Zaxarova, həmçinin qeyd edib ki, Türkiyə rəhbərliyinin Rusiya liderlərinə ismarıclarında hansısa məzmunlu elementlər olmayıb.