Moskva Avropanın xaricdəki Rusiya aktivlərini ələ keçirmək üçün istənilən addımına cavab olaraq yeni özəlləşdirmə mexanizmi çərçivəsində xarici aktivləri milliləşdirməyi və satmağı planlaşdırır.
Aktual.az xəbər verir ki, bu barədə "Blumberq” Rusiya hökumətinə yaxın anonim mənbəyə istinadən məlumat yayıb.
"Rusiya prezidenti dövlət aktivlərinin xüsusi prosedur əsasında sürətləndirilmiş satışına icazə verən fərman imzalayıb. Fərman həm Rusiya, həm də xarici şirkətlərin satışını sürətləndirmək məqsədi daşıyır və AB Rusiyanın aktivlərini ələ keçirməyə başlayarsa, Moskva simmetrik tədbirlərlə cavab verə bilər”, - mənbə bildirib.
Xəbər 66 dəfə oxunub.