Rusiya vizaların sayını artırdı

Rusiya vizaların sayını artırdı
  • DÜNYA

İsveçrənin Gürcüstandakı səfirliyi yanında Rusiya maraqları şöbəsi gün ərzində Gürcüstan vətəndaşlarına verdiyi vizaların sayını 5 dəfə artırıb.


Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə "Sputnik Georgian" agentliyinə şöbənin rəhbəri Vadim Qorelov bildirib.

"İsveçrənin Gürcüstandakı səfirliyi yanında Rusiya maraqları şöbəsi viza almağa əsası olan hər kəsi qəbul etməyə hazırdır. 2013-cü ildə gün ərzində 70 viza verildiyi halda, hazırda azı 350 viza verilir", deyə Qorelov bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransında Moskvanın Gürcüstan ilə viza rejimini tam ləğv etməyə hazır olduğunu bildirib. Rəsmi Tbilisi bu bəyanatı "müsbət addım" adlandırıb.

Xəbər 386 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR