Livan hökuməti Beyrut hava limanında ölkədən saxta pulları çıxarmağa çalışan Rusiya vətəndaşını saxlayıb.
Aktual.az virtualaz.org-a istinadən bildirir ki, insident iyunun 16-dan 17-nə keçən gecə baş verib.
58 yaşlı kişidən şübhələnən hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlar nəticəsində ondan 90 min dollar dəyərində saxta pul aşkarlayıblar.
Pulun qadın corablarının və kəmərlərin arasında gizlədildiyi müəyyənləşib.
Faktla bağlı istintaq aparılır.