Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının İŞİD və "Əl-Qaidə” Sanksiya Komitəsinin dekabrın 12-də qəbul edilmiş qərarlarına uyğun olaraq ümumi siyahını yeniləyib.
Bu barədə Palatadan Aktual.az -a verilən məlumata görə, ümumi siyahı Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq yenilənib.
Məlumata görə, 1 nəfərin adı siyahıya əlavə olunub. Həmin şəxs Rusiya vətəndaşı Rüstəm Maqomedoviç Aselderovdur.
Ümumi siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib.
Aktual.az
Xəbər 341 dəfə oxunub.