Rusiya və Ukrayna yük maşınlarının daşınmasının bərpası barədə razılığa gəliblər.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi məlumat yayıb.
“Rusiyanın Nəqliyyat Nazirliyi və Ukraynanın İnfrastruktur Nazirliyi fəaliyyətdə olan normativ-hüquqi bazaya əsasən 25 fevral saat 00:00-dan tranzit də daxil olmaqla yük maşınlarının daşınmasının bərpası barədə razılığa gəliblər” – deyə, məlumatda qeyd olunur.