Suriya münaqişəsi ilə bağlı Rusiya Federasiyası və Türkiyə arasında müharibə başlaya bilər.
Aktual.az AzVision.az -a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Federika Moqerini bildirib.
“Biz həmişə Suriya haqqında regional oyunçularının mübahisə obyekti kimi danışırıq.Bu münaqişədən daha böyük bir nəsə yarana bilər. Mən `soyuq müharibə`ni nəzərdə tutmuram. Müharibə Rusiya və Türkiyə arasında da ola bilər... Bunun baş verməsi mümkündür! Biz avropalıların bu gərginliyin azaldılmasında maraqlarımız var”, - deyə Aİ-nin xarici əlaqələr və təhlükəsizlik məsələlər üzrə rəsmisi qeyd edib.