Rusiya və OPEC neft hasilatını dondurmaq barədə razılığa gəlib.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, Rusiya energetika naziri Aleksandr Novak və OPEC üzvü olan bir sıra ölkələrin nümayəndələri Qətərin paytaxtı Dohada aparılan danışıqların yekununda neft hasilatını yanvarın 11-inə olan səviyyədə dondurmaq barədə razılığa gəliblər.
Səudiyyə Ərəbistanı da bu qərarla razılaşıb.