Rusiya və Ermənistan hərbi gücünü birləşdirir

Rusiya və Ermənistan hərbi gücünü birləşdirir
  • DÜNYA

Moskvada Rusiya və Ermənistanın müdafiə nazirləri arasında ikitərəfli görüş keçirilib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, görüşdə Sergey Şoyqu və Seyran Ohanyan Rusiya və Ermənistanın hava hücumundan müdafiə sistemlərinin birləşdirilməsi haqqında müqavilə imzalayıb.

Bundan əlavə görüş zamanı Rusiya və Ermənistan Müdafiə Nazirlikləri arasında 2016-cı il üzrə əməkdaşlığa dair plan imzalanıb.

Qeyd edək ki, Rusiya hazırda Qırğızıstan və Tacikistanla hava hücumundan müdafiə sistemlərinin birləşdirilməsi məsələsi ilə bağlı işlər aparır. Qazaxıstanla analoji saziş 2013-cü ildə imzalanıb. Rusiya və Belarus hava hücumundan müdafiə sistemlərini artıq birləşdirilib.

Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR