Rusiya və ABŞ Suriyadakı vəziyyətin siyasi həlliylə bağlı razılığa gəlib. Bu razılaşmaya Suriya prezidenti Bəşər Əsədin başqa ölkəyə köçməsi şərtiylə istefası da daxildir.
Aktual.az report-a istinadən bildirir ki, bu barədə diplomatik mənbələrə istinadən "Əl-Həyat" qəzeti məlumat yayıb.
"Söhbət Suriya prezidenti Bəşər Əsədin başqa ölkəyə köçməsi şərtiylə istefasından gedir", - deyə mənbə nəşrə açıqlamasında bildirib. Amma o, B.Əsədin istefasının zaman çərçivəsini və bu prosesin detalları barədə heç bir məlumat verməyib.
"Əl-Həyat"ın həmsöhbəti Rusiya və ABŞ-ın diplomatik kanallar vasitəsilə ortaq məxrəcə gəldiyini qeyd edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya KİV-inə müsahibəsində bu informasiyanı təkzib edib: "Rusiya Suriya da daxil olmaqla üçüncü ölkələrin öz müqəddəratlarının təyini məsələsini nə diplomatik, nə də başqa kanallarla müzakirə etmir".