"Rusiya vaxtında başladı"

  • DÜNYA

Rusiya Suriyada antiterror əməliyyatlarını vaxtında başlayıb.


Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin (FSB) kollegiya iclasında çıxışı zamanı deyib. O bildirib ki, xidmət Rusiyaya zərbə vurmağa hazırlaşan qruplaşmaların fəaliyyətinin qarşısını vaxtında alıb: "İndi əsas məsələ etibarlı şəkildə Yaxın Şərqdəki və digər regionlardakı silahlıların Rusiya ərazisinə girməsinin qarşısını almaq, xaricdəki terror təşkilatları ilə əlaqəsi olanları operativ şəkildə aşkar etmək və zərərsizləşdirməkdir".

Rusiya prezidenti qeyd edib ki, Suriyada İŞİD-ə və digər terror qruplaşmalarına qarşı hərbi əməliyyatlar sülhün əldə olunmasından sonra da davam edəcək.

Xəbər 520 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR