Rusiya Ukraynanı "dondurmaq" üçün hücum edəcək

Rusiya Ukraynanı
  • DÜNYA

Ukraynaya ilk şaxtalar düşəndə Rusiyadan bizim yaşayış məntəqələrinə raketlər uça bilər.
Aktual.az xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko bildirib.
"Bunun (hava hücumu - red.) noyabrda baş verməsi tamamilə mümkündür, çünki bu müddət ərzində hava şəraiti ilə əlaqədar enerji sistemimizə ciddi yük düşəcək. Rusiya yenə də əsasən enerji sektoruna hücum edəcək. Eyni zamanda, düşmənin hərbi hava bazalarına, mülki infrastruktura, xüsusilə, su təchizatı obyektlərinə, mülki aerodromlara hücuma keçəcəyini istisna etmək olmaz.
Çox güman ki, ruslar dron və raket zərbələrini birləşdirəcək. Və bu qışın bir çox problemi eyni zamanda səmamızda olan hava hədəflərinin sayı ilə bağlı olacaq. Düşmən hücumları elə sinxronlaşdıra bilir ki, hava hücumundan müdafiə sistemlərimiz həddən artıq yüklənir", - A.Kovalenko vurğulayıb.
Xəbər 111 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR