Rusiya 2023-cü ildə UEFA Superkuboku uğrunda oyuna ev sahibliyi etmək hüququndan məhrum ediləcək.
Oyun avqustda Kazandakı "Ak Bars Arena” stadionunda keçirilməlidir. Matçın məkanı 2020-ci ildə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi tərəfindən seçilib.
Qeyd olunur ki, qurum hazırda matçın başqa məkanda keçirilməsi variantlarını axtarır.
Xatırladaq ki, bundan əvvəl UEFA Sankt-Peterburq şəhərini 2022-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etmək hüququndan məhrum edib. Əsas avrokubokların həlledici matçı Parisdə baş tutub.
Xəbər 245 dəfə oxunub.