Rusiya Türkiyəyə hərbi əməkdaşlıq təklif etdi

Rusiya Türkiyəyə hərbi əməkdaşlıq təklif etdi
  • DÜNYA

Türkiyə və Rusiya hərbçiləri arasında xüsusi informasiya mübadiləsi kanalı yaradılacaq

Aktual.az ölkə.az-a istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyi Türkiyəyə iki ölkənin hərbçiləri arasında informasiya mübadiləsi etməyə imkan verən kanal yaratmağı təklif edəcək.

Bu Su-24 təyyarəsinin vurulmasına bənzər insidentlərin təkrarlanmaması məqsədi ilə həyata keçiriləcək. Rusiya Müdafiə Nazirliyi bildirib ki, müvafiq təkliflər paketi artıq hazırlanıb və sabah Putinlə Ərdoğanın görüşündə prinsipial qərarlar alınacağı təqdirdə təkliflər Ankaraya göndəriləcək.

Təkliflər paketinə hərbçilər arasında informasiya mübadiləsi, eləcə də hava məkanında fəaliyyətə dair protokollar daxildir.

Xəbər 446 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR