Rusiya Türkiyənin hava sahəsində uçuşlara başlayıb

Rusiya Türkiyənin hava sahəsində uçuşlara başlayıb
  • DÜNYA

Rusiyanın "An-30B" tipli təyyarəsi Türkiyənin hava sahəsində müşahidə uçuşu etməyə başlayıb.


Aktual.az "Report"a istinadən xəbər verir ki, bunu Rusiyanın Milli Atom Riskini Azaltma Mərkəzinin sədir Sergey Rıjkov bildirib.
Onun sözlərinə görə, kəşfiyyat uçuşları dekabrın 18-dək davam edəcək. Mərkəz rəhbəri qeyd edib ki, təyyarə Türkiyənin qərbindən, Ərzurumdan havaya qalxıb, 1500 metr yüksəkliyində uçacaq: "Bu uçuş Türkiyə tərəfin müəyyən etdiyi marşrut istiqamətində həyata keçiriləcək. Bu uçuşlarda Türkiyənin uyğun qurumlarının rəsmiləri də işitrak edəcək".
Qeyd edək ki, 1992-ci ildə ATƏT-ə üzv olan 27 dövlət "Açıq Hava Sahəsi Müqaviləsi"ni imzalayıb. Rusiya bu müqaviləni 2001-ci ilin mayında təsdiqləyib.

Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR