Rusiya Türkiyəni Suriya ilə əvəz etdi

Rusiya Türkiyəni Suriya ilə əvəz etdi

Rusiya Suriyadan kənd təsərrüfatı məhsullarının ixracına başlayıb.

Aktual.az anspress-ə istinadən bildirir ki, Suriyadan gətirilən meyvə və tərəvəzlər ölkəyə idxalı qadağan olunan türk məhsullarının bir hissəsini əvəz etməyə hesablanıb.

İdxalçı şirkət kimi Maykopda qeydiyyatdan keçirilən "Adıq-Yuraq" şirkəti çıxış edib. Şirkətin baş direktoru Aslan Paneş deyir ki, ötən həftə Novosibirsk dəniz limanına Suriyadan göndərilən 3 ton məhsul çatıb. Bunlar arasında portağal, limon, qreyfrut, pomidor və kələm var. Hələlik daimi idxalı təmin etməyə keyfiyyətsiz qablaşdırılma materialları imkan vermir. Suriyada müasir materialların istehsalına 6 ay sonra başlanılacaq. Bundan sonra hər həftə Suriyadan Rusiyaya 3-4 ton məhsul gətirmək mümkün olacaq.

Hazırda gətirilən məhsullar topdan-pərakəndə qida satış mərkəzlərinə paylanılır, lakin şirkət artıq iri supermarketlərlə danışıqlar aparır.

Suriya tərəfi artıq bir müddətdir ki Rusiyaya kənd təsərrüfatı malları ixrac etməyə hazır olduğunu bildirmişdi, lakin bu günə qədər bu fəaliyyət sınaq xarakteri daşıyıb.

Yanvarın 1-dən Türkiyə mandarinləri, pomidorları, xiyarları və bir sıra digər meyvə və tərəvəzləri Rusiyada satılmır. Ölkəyə gətirilməsinə qadağa qoyulan məhsullar arasında donurulmuş toyuq əti, duz və qərənfillər var. İqtisadi sanksiyaların qəbul olunmasına səbəb ötən ilin noyabrında Türkiyənin Rusiyaya məxsus hərbi helikopterini vurması olub. O zaman rus pilotlarından biri həlak olub.

Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə bir sıra türk məhsullarının Rusiyaya gətirilməsi qadağan edilib, ölkədə türk şirkətlərinin fəaliyyəti mədudlaşdırılıb, çarter reysləri ləğv edilib. Bundan əlavə rus turoperatorların Türkiyəyə tur satmaq tövsiyə olunmur.

Xəbər 388 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR